BİZNES

12 Aprel

Avropa İttifaqı və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafına birgə dəstək göstərir 

Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlıq gündəliyinin inkişafına dəstək məqsədilə müzakirələrin təşkilinə davam edir.

"Fins.az"xəbər verir ki, Aİ-nin maliyyələşdirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində keçirilən bu tədbirlər sosial sahibkarlar, hökumət nümayəndələri və ekosistemin digər tərəfləri olmaqla 40 nəfəri bir araya gətirib. İştirakçılar sosial sahibkarlıq sahəsindəki çətinlikləri müzakirə edib və həll yollarının yaradılması üzrə çalışıblar.

BMTİP-nin müvəqqəti işlər vəkili cənab Suxrob Xojimatov tədbirdə iştirak edib və açılış nitqində sosial müəssisələrin sosial-iqtisadi çətinliklərin həll edilməsində, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində dəyərli rolunu vurğulayıb.

12 aprel tarixində təşkil edilən seminarda qadınların və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi, kənd fermerlərinə yardım, region gənclərinin təhsil imkanlarının yaxşılaşdırılması, eləcə də ekoloji xidmətlərin göstərilməsi kimi müxtəlif sahələrdə çalışan sosial sahibkarlar iştirak edib.