Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları İmişli və Tərtər rayonlarında karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirəcək.
"Fins.az"xəbər verir ki, görüşdə istismarçıların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları cavablandırılacaq. Görüş 12-13 aprel tarixlərində İmişlidə, 14-15 aprel tarixlərində isə Tərtərdə keçiriləcək. Hər bir sahibkar görüşdə iştirak edə bilər.
Daha ətraflı məlumat və ya iştirak üçün +994 50 210 31 53 əlaqə nömrəsinə zəng edə bilərsiniz.
Onu da qeyd edək ki, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları ilə yanaşı İqtisadiyyat Nazirliyinin aidiyyəti üzrə nümayəndələri də iştirak edəcəkdir.