Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell Rusiyaya qarşı yeni sanksiyaların müzakirə olunduğunu bəyan edib.
"Fins.az" xəbər verir ki, Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandıran Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell Rusiyaya qarşı yeni sanksiyaların müzakirə olunduğunu bildirib.
Rusiyanın neft embarqo variantının qüvvədə olub-olmaması ilə bağlı suala Borrell sanksiyaların hər zaman masada olduğunu və nazirlərin yeni addımları müzakirə edəcəklərini qeyd edib. Borrell bildirib ki, Ukraynaya səfəri nəticəsində Rusiya qüvvələrinin Donbasa doğru irəlilədiyini müşahidə edib.