Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Qablaşdırma Sənayesi Assosiasiyasının üzvləri ilə görüşüb.
"Fins.az" xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.
O bildirib ki, görüşdə bu sahənin mövcud vəziyyəti dəyərləndirilib, müasir standartlara cavab verən qablaşdırmanın təşkili, idxaldan asılılığın azaldılması, həmçinin sektora dövlət dəstəyinin gücləndirilməsi kimi prioritetlər barədə müzakirələr aparılıb.