Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində "ASAN xidmət" mərkəzlərində vətəndaşlara təhsil xidmətləri təqdim olunacaq.
"Fins.az"xəbər verir ki, hazırda ilk olaraq Bakı şəhərində 5 saylı “ASAN xidmət” mərkəzində sözügedən xidmət göstərilir. Prosesin tədricən paytaxt və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır. İlkin mərhələdə vətəndaşlar 5 təhsil xidmətindən yararlana biləcəklər. Növbəti mərhələlərdə xidmətlərin sayının artırılması nəzərdə tutulur.