BİZNES

08 Aprel

Sənaye zonalarında qeyri-neft sektoruna qoyulan investisiyalarda xüsusi çəkisi AÇIQLANIB

Ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb.

"Fins.az" xəbər verir ki, bunun nəticəsidir ki, 2021-ci ildə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektoruna qoyulmuş investisiyalarda xüsusi çəkisi 23,8% təşkil edib.

Məlumat üçün bildirək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində bugünədək rezidentlər 426 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Qeyd: Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə isə gömrük rüsumundan azad olunurlar.