Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən 5 və 7 aprel tarixli hərraclarda ümumilikdə 18 nəqliyyat vasitəsi özəlləşdirilib.
"Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayımlayıb.
Məlumata görə,İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə hərracların keçirilməsi davam etdirilir. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən 5 və 7 aprel tarixli hərraclarda ümumilikdə 18 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 66 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.