Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-mart ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 123,58 faiz yerinə yetirib.
"Fins.az"xəbər verir ki, bunu Gömrük Komitəsinin sədri Səfər Mehdiyev rəsmi tvitter hesabında yazıb.
Fikirlərinin davamında o , "İlkin məlumata görə 1 milyard 230,84 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 234,84 milyon manat artıq deməkdir,"-deyə əlavə edib