BİZNES

06 Aprel

İtaliya Ticarət Palatası ilə ASK arasında memorandumunun imzalanmasını təklif edilir

Bugün Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ilə İtaliya-Azərbaycan Ticarət Palatasının (ITAAZERCOM) rəhbəri və Azərbaycan Sahibkarlar Konfederasiyasının İtaliyadakı nümayəndəsi Manuela Traldi arasında görüş keçirilib. 

"Fins.az"xəbər verir ki,konfederasiya prezidenti bildirib ki, bu il İtaliya-Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd ediləcək. Bu münasibətlə Manuela Traldiyə öz təbriklərini çatdıran ASK rəhbəri ölkələrimiz arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini vurğulayıb.

Manuela Traldi görüş üçün Konfederasiyaya təşəkkür edərək,  İtaliya Ticarət Palatası ilə ASK arasında əməkdaşlıq memorandumunun imzalanmasını təklif edib.

Görüşdə Azərbaycanda sənaye parklarındakı şərtlərlə bağlı suallar cavablandırılıb. Ölkələr arası viza qaydalarının sadələşdirilməsi, biznes səfərlərinin təşkilində aktivliyi artırmaq, Qarabağın investisiya imkanları müzakirə edilib.