“Hökumət üzvləri hər dəfə Azərbaycanda biznes mühitinin çox yaxşı olduğunu bildirir. Amma doğurdan da biznes mühiti yaxşıdırsa, niyə azərbaycanlılar gedib Gürcüstana, Qazaxıstana, Özbəkistana, Rusiyaya, Türkiyəyə investisiya yatırır, ancaq niyə bir gürcü, özbək, qazax ölkəmizə investisya qoymur? Bu məsələ araşdırmalıdır” .
"Fins.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib
Onun sözlərinə görə, mübahisələrin həlli ilə bağlı qanun layihəsində qeyd olunur ki, Azərbaycanda bu cür investisiya fəaliyyəti ilə bağlı mübahisələr yarananda, onlar Azərbaycan məhkəmələri ilə həll olunur: “Açıq deyək ki, bizim məhkəmələrə etimad və inam o qədər də yüksək deyil”.
Deputat qeyd edib ki, əgər investisya müqaviləsində tərəflərindən biri xarici investordursa və bağlanan müqavilədə göstərilərsə, ona birbaşa Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət hüquqi verilməlidir