BİZNES

05 Aprel

İsrail şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri Yoel Razvozov Bakıda keçirilən Azərbaycan-İsrail Ticarət Palatasının iclasında iştirak ediblər.

“Fins.az” xəbər veri ki, nazir M. Cabbarov bu barədə “Twitter“ hesabında yazıb.

O qeyd edib ki, iclasda iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, İKT və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, İsrail şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı barədə səmərəli müzakirələr aparılıb.