BİZNES

05 Aprel

Agentlik sədri: "Bakıda yeni yaşayış binalarının tikilməsinə ehtiyac yoxdur"

“Bakı şəhərində boş ərazidə çoxmərtəbəli bina tikmək sahibkarlara sərf edir. Lakin onlar düşünməlidirlər ki, əhalinin sayı, mövcud ekoloji parametrlərin reallığı mütləq nəzərə alınmalıdır”.

"Fins.az" xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

O qeyd edib ki, Bakıda yeni yaşayış binalarının tikilməsinə artıq ehtiyac yoxdur:

“Çünki həmin tikililər sonda ekoloji prosesin müəyyən mənada pozulmasına, mənzərənin pisləşməsinə gətirib çıxarır. Bu gün mərkəzi yerlərdə parklara diqqət yetirilməlidir. Hər hansı ağacın götürülməsi labüd olarsa, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir”. (Report)