BİZNES

05 Aprel

Dövlət Xidmətinə onlayn resurslardan daxil olan müraciətlərin sayı AÇIQLANIB

2022-ci ilin ilk 3 ayı ərzində Çağrı Mərkəzi, onlayn resurslar vasitəsilə Əmlak Məsələləri Dövlət Xidmətinə 26.763 müraciət daxil olub.

"Fins.az"xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayımlayıb.

Məlumata görə, onlardan 24.462-si 193 Çağrı Mərkəzinin, 2.301-i isə onlayn resursların payına düşür. Çağrı Mərkəzinə daxil olan müraciətlərin 24.355-i sorğu və müraciət xarakterli, 107-si isə araşdırma tələb edən məsələlər olub.

Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi, xidmətlərə dair dövlət rüsumu və xidmət haqqı, elektron xidmətlər, dövlət əmlakının özəlləşdirilməsi və digər məsələləri əhatə edib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzi həftəiçi hər gün saat 9:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.