27 may 2022-ci il tarixində Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
"Fins.az" xəbər verir ki, növbəti ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2021-ci il üçün illik (maliyyə) hesabatları barədə.
2. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2021-ci maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi barədə.
3. Teymur Əhmədov adına “AzNar” QSC-nin yeni redaksiyada nizamnaməsi barədə.
4. Teymur Əhmədov adına “AzNar” QSC-nin restrukturizasiyası və yeni təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlər barədə.
Qeyd edək ki, “AzNar” QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.
Teymur Əhmədov adına “AZNAR” QSC “Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.