Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə Kollegiya iclası keçirilib.
Palatadan verilən məlumata görə, kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatı” müzakirə olunub, müvafiq qərar qəbul edilib.
İclasda Hesablama Palatasının təqaüd yaşına çatmış üç əməkdaşına uzun illər göstərdikləri fəaliyyətə görə təşəkkür edilib, uğurlar arzulanıb. Həmçinin, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin müdiri kollektivə təqdim olunub.