BİZNES

01 Aprel

Bu şirkətin səhmdarları dəyişib, yeni idarə heyəti seçiləcək

2 may 2022-ci il saat 12.00-da “Tikinti-Təmir ANKZ-4” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

"Fins.az" xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Səhmdarların tərkibinin dəyişilməsi ilə əlaqədar cəmiyyətin idarə heyəti sədrinin və üzvlərinin seçilməsi.

2. 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi.

3. Digər məsələlər.

Yığıncaq Bakı, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 45 ünvanında keçiriləcək.