BİZNES

31 Mart

Xaricilərin Azərbaycanda apardığı kart əməliyyatları 8 dəfə artıb

2022-ci ilin fevral ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 186,5 milyon manat təşkil edib.

"Fins.az" xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın mart buraxılışında qeyd edilir.

Məlumata görə 2022-ci ilin yanvar-fevral aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 391,2 milyon manatlıq əməliyyat aparıblar.