Bu ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 24,3 milyon ABŞ dolları olub.
"Fins.az" xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın mart buraxılışında qeyd edilir.
Bu, ötən ilin mart ayı ilə müqayisədə 32,1% çoxdur.