Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.
"Fins.az" xəbər verir ki, bu barədə “İxrac icmalı”nın mart sayında məlumat verilib.
Məlumata görə daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərenerji” ATSC“, Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC.