2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 mln. ABŞ dolları təşkil edib.
"Fins.az"xəbər verir ki, bu barədə “İxrac icmalı”nın mart sayında məlumat verilib.
Məlumata görə qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artıb.