BİZNES

30 Mart

Özəl sektor üzrə vergi daxilolmaları kəskin artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 44,9% artaraq 1 mlrd. 76,7 mln. manat təşkil edib.

“Fins.az” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.Nazir əlavə edib ki, neft sektorundakı subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan vergi daxilolmaları 51,9% artaraq 939,8 mln. manata çatıb.