BİZNES

29 Mart

Qunnar Panke: 2021-ci ildə Nar şəbəkəsi üzrə 4G istifadəçilərin sayı regionlar üzrə 12% və ya 513 min artıb

2021-ci ildə Nar şəbəkəsi üzrə 4G istifadəçilərin sayı regionlar üzrə 12% və ya 513 min artıb.

"Fins.az" xəbər verir ki, bunu “Azerfon” şirkətinin baş icraçı direktoru Qunnar Panke şirkətin 15-illiyinə həsr olunan tədbirdə çıxış edərkən deyib.

Şirkət rəhbəri bildirib ki, ötən il paytaxt üzrə bu artım 943 min təşkil edib ki, bu da bir il öncəki göstəricidən 18% çoxdur.

"Bizim 4G şəbəkəmizin artıq 1,4 mln. aktiv abunəçi bazamız var",- deyə Q. Panke qeyd edib.

O həmçinin əlavə edib ki, operator tərəfindən artıq 4G şəbəkəsinin işğaldan azad olunan rayonlarında da əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparılır.

"Şəbəkəni başda Şuşada olmaqla, Ağdamda, Füzulidə və digər rayonlarda da əhatə dairəsi genişləndirilir",- deyə Q. Panke əlavə edib.