BİZNES

28 Mart

Səfər Mehdiyev bu rayonların sakinlərini qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev martın 30-da saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində (Xırdalan şəhəri, Qalubiyyə küç.) Abşeron və  Zəngi­lan ra­yonla­rın­dan olan vətəndaşları qəbul edəcək.

"Fins.az" xəbər verir ki, qəbul zamanı Abşeron və  Zəngilan  rayonları sakinlərinin yalnız  gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Komitədən bildilir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaq­la (//customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Xatırladaq ki, qəbul pandemiya tələblərinə uyğun olaraq keçiriləcək. Belə ki, qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı pey­vəndə əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.