BİZNES

28 Mart

Gəncədə sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Gəncə şəhərində istehsal və emal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib. 

"Fins.az" xəbər verir ki, Gəncə şəhər Gənclər Evində təşkil olunmuş tədbirdə 30-dan çox sahibkarlıq subyekti və yerli dövlət qurumlarının nümayəndələri iştirak edib. Tədbirin məqsədi sahibkarların dövlətin dəstək mexanizmləri, KOBİA və sahibkarlara dəstək göstərən digər qurumların fəaliyyəti və göstərdikləri xidmətlər barədə məlumatlandırmaq, onlar arasında əməkdaşlığı təşviq etməkdir.  

Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, müxtəlif fəaliyyət sahələri üzrə bir sıra təkliflər səsləndirilib. Tədbir çərçivəsində həmçinin, yerli sahibkarlar KOBİA-nın dəstəyi ilə “Sahibkar Klubu” yaradılmasına qərar verib və növbəti aylarda klubun iclasının təşkil olunması planlaşdırılır.