“WhatsApp” mesencer vasitəsilə 2GB-a qədər faylların göndərilməsi imkanını sınaqdan keçirməyə başlayıb.
Məlumata görə, yenilik Argentinada az sayda istifadəçi üçün sınaqdan keçirilir. Hazırda “WhatsApp”da bu həcm yalnız 100MB ölçü ilə məhdudlaşır.
Yeni funksiyanın gələcəkdə daha çox istifadəçiyə təqdim edilməsi planlaşdırılır. Lakin hələlik yalnız sınaq testləri keçirildiyi üçün mesencer onun nəticələrinə əsasən qərarı ləğv edə bilər.
Mənbə: ferra.ru