Çinin elektronika istehsalçısı “Xiaomi”nin gəliri ötən il 33,5% artıraraq 328,31 milyard yuana çatıb.
Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, şirkətin xalis mənfəəti 5,1% azalaraq 19,28 milyard yuan olub.
Bildirilib ki, ötən il xaricdəki əməliyyatlardan əldə olunan gəlir 33,7% artaraq 163,6 milyard yuana çatıb ki, bu da “Xiaomi”nin ümumi gəlirinin 49,8%-ni təşkil edib.
Əlavə edək ki, şirkət ötən il 190,3 milyon telefon satıb. Bu da 2020-ci illə müqayisədə 30% çoxdur.