Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 820,837 milyon manat təşkil edib.
"Fins.az"xəbər verir ki.DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,3% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,2 % artaraq 195,712 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 46,6 % artaraq 598,808 milyon manat, aksizlər üzrə daxilolmalar 11,4 % azalaraq 17,930 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 45,3 % artaraq 8,387 milyon manat olub.