Rusiyaya tətbiq edilən beynəlxalq sanksiyalarla bağlı əsasən öz malını ixrac edən KOB-ların çətinlikləri yaranıb.
Bunu "Fins.az"-a açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki,bununla bağlı keçən həftə dövlət tərəfindən işçi qrup yaradılıb və sahibkarlarla müvafiq danışıqlar aparılır.İşçi qrupunun fəaliyyətindən sonra ziyanın həcmi və nəticələr barədə həm sahibkarlara və ictimaiyyətə məlumat veriləcək. Ondan sonra da o problemləri aradan qaldırmaq üçün dövlət öz sahibkarlarının maraqlarını qoruyacaq və onlara bu sahədə kömək edəcək.
Orxan Məmmədov müraciətlərin qəbul edilmə mexanizminə toxunaraq" Ümimiyyətlə bu müraciətlər KOBİA-ya daxil olur,işçi qrup da dövlətin başqa qrumları da fəaliyyət göstərir. Rusiyaya tətbiq olunan sanksiyalara görə ixracla bağlı çətinlikləri yaranan sahibkarlar KOBİA-ya müraciət edə bilər," -deyə əlavə edib.