BİZNES

16 Mart

Delta Telecom-un 2020-ci ildə gəlirləri 12% azalıb - Maliyyə hesabatı

Delta Telecom Ltd-nin  2020-ci ildə gəlirləri 69,2 milyon manat təşkil edib. ki, bu da 2019-cu il ilə müqayisədə bu 12% azalmanın göstəricisidir.

"Fins.az" xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunan illik maliyyə hesabatında məlumat verilib. 

Hesabat dövründə Delta Telecom Ltd mənfəəti 2019-cu ilin analoji göstəricisi ilə müqaisədə 10% azalıb və 21,1 milyon manat təşkil edib. Şirkət 2020-ci ildə dövlət büdcəsinə vergi və digər ödənişlər formasında 11,9 milyon manat təşkil edib ki, bu da 2019-cu illə müqaisədə 6 milyon manat və 50,4% az vəsait ödəyib.