BİZNES

15 Mart

Azərbaycanın süni intellek üzrə milli strategiyası hazırlanacaq

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Ümumdünya İqtisadiyyat Forumu ilə 3 əsas platforma üzərində işlər aparılır.
"Fins.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev deyib.
Onun sözlərinə görə, bura süni zəka və maşın öyrənməsi, əşyaların interneti və şəhərin transformasiyası, həmçinin rəqəmsal ticarət platformaları daxildir.
"Bu platformalar üzərində biz artıq müəyyən tədbirlər keçirilib. Bildiyiniz kimi, 23 fevral tarixində Mərkəzin rəsmi açılış mərasimi keçirildi, eyni zamanda davam olaraq böyük bir tədbirimiz keçirildi ki, o tədbir çərçivəsində süni zəkaya həsr olunan sessiyalar keçirildi. Orda Azərbaycan üçün süni intellekt üzrə Milli strategiyanın hazırlanması məsələləri, həmçinin süni zəkaya əsaslanan texnologiyalarının satınalınması məsələlərinə dair də fikir mübadiləsi aparıldı ",- deyə T. Tağıyev qeyd edib.