BİZNES

15 Mart

Vergi Xidmətinin rəhbəri ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası arasında görüş

Martın 14-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) rəhbərliyi arasında görüş keçirilib. 

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli ölkəmizin vergi sistemində aparılan islahatlara diqqət çəkərək, bu islahatların biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi yükünün azaldılması, vergilərin optimallaşdırılması, vergi orqanları ilə sahibkarlar arasında münasibətlərin yeni müstəvidə qurulması və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirib.