BİZNES

14 Mart

Azərbaycanda kompüter satışları fevralda 28% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 80,4 mln. manat xərclənib.

Bu, 2021-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 86,1% və ya 37,2 mln. manat çoxdur.

Bu ilin yanvar göstəricisi ilə müqayisədə isə fevral satışlarının həcmi 28,4% və ya 10 mln. manat artaraq 45,2 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk iki ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,2%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,5 faiz bəndi çoxdur.

© APA