Bu ilin fevral ayında Azərbaycan Türkiyədən 24,1 milyon ABŞ dolları dəyərində elektronika məhsulları idxal edib.
Fins.az-nın məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Ötən ay Türkiyənin ümumi elektronika məhsulları ixracının dəyəri isə 1 177 milyon dollar təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 10,6% çoxdur. Qonşu ölkədən ən çox elektronika məhsulu almış ölkələr Böyük Britaniya (129,2 milyon dollar), Almaniya (109,9 milyon dollar), Fransa (72,4 milyon dollar) və İtaliya (62 milyon dollar) olub.