BİZNES

11 Mart

Azərbaycanda yeni kommersiya qurumlarının sayı 13% artıb

2022-ci ilin martın 1-nə respublika üzrə uçotda olan 1 352 229 vergi ödəyicisinin 87,9%-i fiziki şəxslər, 12,1%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

Fins.az Azərbaycan Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8%, o cümlədən fiziki şəxslərin sayı 10,1%, hüquqi şəxslərin sayı isə 7,8% artıb.