BİZNES

11 Mart

Azərbaycanda hansı ərzaq nə qədər bahalaşıb?-RƏSMİ AÇIQLAMA

 

2022-ci ilin yanvar-fevral aylarında bahalaşan ərzaq məhsullarının siyahısı açıqlanıb 

"Fins.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, çörəyin, peçenyenin, vaflinin, qoyun, mal və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, xamanın, kəsmiyin, yoqurtun, pendirin, kərə yağının, süfrə marqarininin, bananın, naringinin, narın, heyvanın, balqabağın, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, kələmin, şokolad məmulatlarının və konfetlərin, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə yumurtanın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi  dəyişikliklər baş verməyib.