2022-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1 339,7 mln. manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib.
"Fins.az"in xəbər verir ki bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb istinadən verdiyi məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,2% azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,1% artmışdır. İstifadə olunmuş vəsaitin 984,3 mln. manatı və ya 73,5%-i məhsul istehsalı sahələrinə, 240,6 mln. manatı (17,9%-i) xidmət sahələrinə, 114,8 mln. manatı (8,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 779,5 mln. manatını və ya 58,2 %ini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 815,9 mln. manatı və ya 60,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.