BİZNES

10 Mart

Vergi ödəyicilərinə xidmət mərkəzlərində onlayn növbə - LƏĞV EDİLİB

Azərbaycanda epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərar nəzərə alınaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərinin işində müəyyən dəyişiklik edilib.

Fins.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vergi ödəyiciləri artıq həmin mərkəzlərdə göstərilən xidmətlərdən, iş rejimi nəzərə alınmaqla, onlayn növbəyə yazılmadan istifadə edə bilərlər.

Qeyd edək ki, ölkədə COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlər çərçivəsində 2020-ci ilin may ayından etibarən vergi ödəyicilərinə xidmət mərkəzlərində vətəndaşların qəbulu əvvəlcədən onlayn növbəyə yazılmaqla həyata keçirilirdi.