BİZNES

10 Mart

Dövlət xidməti “Azərbaycan Dəmir Yolları” ilə bağlı iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb.

"Fins.az"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yayımladığı məlumat əsasən xəbər verir ki,araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.