Dövlət Gömrük Komitəsinin bu ilin yanvar-fevral ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 126,28% yerinə yetirib.
“Fins.az” xəbər verir ki, bu barədə Komitənin sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.
O qeyd edib ki, ilkin məlumata görə 820,84 mln. manat vəsait dövlət büdcəsinə köçürülüb, bu da nəzərdə tutulan proqnozdan 170,84 mln. manat çoxdur.