BİZNES

04 Mart

Azad olunan ərazilərdən olan sahibkarlara həmin rayonlara investisiya cəlb etmək imkanları izah edilib

 Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin(AOPE) icra etdiyi “Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri” adlı layihənin növbəti təlimi keçirlib.

"Fins.az"xəbər verir ki, layihənin məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından olan sahibkarların öz torpaqlarına qayıtdıqdan sonra həyata keçirəcəkləri biznes layihələrin müasir dövrün yaşıl artım iqtisadi siyasətinə uyğun olması ilə bağlı maarifləndirmənin həyata keçirilməsidir.

Təlimdə işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsi və həmin qazanılan tarixi imic və təbii resurs bolluğunun bu ərazilərə investisiya cəlbinə imkan verəcəyi barəsində məlumat verilib.Eyni zamanda, təlim müddətində yaşıl iqtisadiyyatın bazasında sahibkarlıq subyektlərinin qurulması istiqamətində tövsiyələr də verilib.