BİZNES

04 Mart

Audiovizual media fəaliyyətinə dair lisenziyalar üçün rüsum müəyyənləşir

Audiovizual media fəaliyyətinə dair dövlət rüsumları müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1500 manat, universal platforma operatoru üçün 2500 manat, multipleks operatoru üçün 2500 manat olacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.