BİZNES

01 Mart

“Meta” RT və “Sputnik”in sosial şəbəkə fəaliyyətini məhdudlaşdırır

“Meta” şirkəti (keçmiş “Facebook”) Rusiyanın RT telekanalı və “Sputnik” xəbər agentliyinə qarşı yeni tədbirlərini elan edib.

Bu barədə şirkətin vitse-prezidentlərindən biri olan Nik Kleq məlumat verib.

O, bildirib ki, “Meta” Avropa Birliyi ərazisindən adıçəkilən media orqanlarının “Facebook” və “Instagram” sosial şəbəkələrindəki hesablarına girişi məhdudlaşdıracaq.

Qeyd edək ki, “Meta” hər iki sosial şəbəkənin sahibidir.

Mənbə: TASS