BİZNES

25 Fevral

2021-ci ildə Azərbaycanda ÜDM 5,6%, qeyri-neft sektoru 7,2% artıb - Nazir

2021-ci ildə Azərbaycanda ÜDM 5,6%, qeyri-neft sektoru 7,2% artıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda deyib.

Onun sözlərinə görə, nominal ÜDM 93 milyard manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 11 milyard artım deməkdir. Həmçinin, 2021-ci ildə strateji valyutanın artımı 53 milyard dollar təşkil edib”, - nazir bildirib.