“Respublika Stomatoloji Mərkəzi” ASC ləğv edilir.
“Fins.az” xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsi, ev 19, mənzil 5 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Respublika Stomatoloji Mərkəzi” 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 207 640 manatdır və qanuni təmsilçisi Vəzirov Süleyman Murad oğludur. Sözügedən tibb ocağı bir neçə il öncə özəlləşdirilmişdi.