Bakcell şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar olaraq ölkədə rominqdə olan abunəçilərin nömrələrinin balansını artırıb. Belə ki, hazırda Ukraynada olan abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə şirkət tərəfindən onların nömrələrinin balansına 100 AZN məbləğində pul vəsaiti yüklənib.