Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin yanvar ayında 180 milyon 315 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunub.
"Fins.az" xəbər verir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Məlumata görə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2% artaraq 389,4 manat olub