Azərbaycan 2021-ci il noyabrın 10-dan 2022-ci il yanvarın 20-dək Sünikdə Gorus-Qafan avtomobil yolunda iranlı sürücülərdən 100 min dollardan çox rüsum toplayıb.
"Fins.az” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilir ki, iranlı sürücülərin 5%-i Gorus-Qafan yolunda Azərbaycana rüsum ödəyir. Ermənistanın Dövlət Gəlirləri Komitəsi magistral yoldan keçən yük maşınlarının sayı barədə dəqiq məlumat verib.
Bildirilir ki, 2021-ci ilin dekabrında İrandan Ermənistana daxil olan yük maşınlarının 5,04%-i Gorus-Qafan avtomobil yolundan keçib.
Ümumilikdə, 2021-ci il noyabrın 10-dan (Azərbaycanın gömrük məntəqələrinin yaradıldığı vaxt) 2022-ci il yanvarın 20-dək magistral yoldan 536 yük avtomobili keçib.
Azərbaycanllılar hər maşından (yükdən asılı olaraq) 130-280 dollar rüsum tələb ediblər. Orta hesabla azərbaycanlıların yığdıqları rüsumların məbləği 107 200 dollar (bir avtomobil üçün 200 dollar) ola bilər”, - deyə qeyd edilir.