Avropada təbii qazın qiyməti min kubmetr üçün 960 ABŞ dollarını ötüb.
Fins.az Londonun ICE birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçerslərinin qiyməti min kubmetr üçün 960,6 ABŞ dolları səviyyəsinədək yüksəlib.
Günün əvvəlindən qazın ümumi qiymət artımı, təxminən, 2,8 %-i təşkil edir.
Daha əvvəl Almaniyanın kansleri Olaf Şolts Rusiyanın “LXR” və “DXR”i tanımasından sonra rəsmi Berlinin “Şimal axını-2” layihəsinin sertifikatlaşdırılmasını dayandırdığını bəyan edib. Almaniyanın XİN rəhbəri Annalena Berbok baş verən hadisələr fonunda bu layihənin dondurulduğunu bildirib.