Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gömrük tarifi haqqında” qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Fins.az xəbər verir ki, hər iki layihəyə təklif edilən dəyişiklik Qaradağ Sənaye Parkında tətbiq olunan gömrük rüsumlarından və ƏDV-dən azadolmanın daha beş il müddətinə uzadılması ilə bağlıdır.
Hər iki layihəyə təklif edilən dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.