Polşa İnvestisiya və Ticarət Agentliyi Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv edilib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi xidməti məlumat yayımlayıb.
Məlumata görə, Polşa İnvestisiya və Ticarət Agentliyi Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ümumi Yığıncağı 23.09.2021 tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib. Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1010, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, NİZAMİ, ev.90A ünvana bildirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək.
Qeyd edək ki, Polşa İnvestisiya və Ticarət Agentliyi Polşaya investisiya axınının artırılması, Polşa ixracatının və xarici investisiyalarının intensivləşdirilməsi üçün xidmət göstərən bir dövlət qurumudur
Müəllif:Aynur Qəniyeva